Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Unibank 10 milyon dollarlıq istiqraz buraxacaq - YÜKSƏK GƏLİR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Unibank 10 milyon dollarlıq istiqraz buraxacaq  - YÜKSƏK GƏLİR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Unibank Kommersiya Bankı” ASC Bakı Fond Birjasının (BFB) “Listinq Məsləhət Proqramı” (LAP) üzrə növbəti mərhələsinə start vermişdir.

 

Birjadan "Marja"ya daxil olmuş məlumata görə, Proqram çərçivəsində “Unibank Kommersiya Bankı” ASC BFB-də Listinqə qəbul üçün müraciət etmişdir. “Unibank Kommersiya Bankı” ASC-nin müraciəti üzrə BFB-də Listinq prosesi başladılmışdır.

 

Qeyd etmək istərdik ki, Listinq prosesi sona çatdırıldıqdan sonra Emissiya prospekti Bakı Fond Birjasının internet səhifəsi vasitəsilə paylaşılacaqdır.

 

"Nəzərinizə çatdırmaq istərdik ki, yerləşdiriləcək istiqrazların sayı 1 000 (bir min) ədəd, nominal dəyəri 10 000 (on min) USD, istiqraz üzrə illik gəlirliyi 6 % nəzərdə tutulur. İstiqrazlar üzrə faizlər İstiqrazın nominal dəyərindən hesablanır və istiqrazların tədavül müddəti ərzində ardıcıl olaraq 90 (doxsan) təqvim gününün başa çatması tarixindən növbəti 3 iş günündən gec olmayaraq ödənilir",- Birjanın məlumatında deyilir.

 

BFB-nin təşkil etdiyi “Listinq Məsləhət Proqramı” şirkətlərə Azərbaycan kapital bazarlarından maliyyələşməyə dəstək və yerli kapital bazarlarının təşviqi məqsədi daşıyır.

 

“Unibank Kommersiya Bankı” ASC LAP-yə 26 oktyabr 2017-ci il tarixində qoşulmuşdur.

 

Banklarda Dollar əmanətləri üzrə faizlərin 1-2% olduğu bir vaxtda, Unibankın 6% illik gəlirlilik ilə istiqraz təklifi diqqəti cəlb edir.

01.12.2017 15:42

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ