Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Flynn-ın etirafı Dolları və ABŞ səhmlərini ucuzlaşdırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Flynn-ın etirafı Dolları və ABŞ səhmlərini ucuzlaşdırdı

 
Nyu York Birjasında indekslər, Flynn-ın Rusiyanın keçmiş ABŞ səfiri Sergey Kislyak ilə apardığı danışıqlar məsələsində FBI-ya yalan söylədiyi ittihamını qəbul etməsilə düşüb.

 

 Michael Thomas FlynABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat idarəsinin keçmiş direktorudur.
 
 
"Marja" xəbər verir ki, Flynn, Rusiya araşdırmasını aparan Xüsusi Səlahiyyətli Prokuror Robert Mueller ilə əməkdaşlıq edib. Bunun, Trump rəhbərliyi üçün problem yaradacağı gözləntisilə Dolların da rəqibləri qarşısında dəyər itirməsinə səbəb olub.


 
Dou Cons (Dow Jones) İndeksi, Flynn-ın günahını qəbul etdiyi xəbərlərinin ardından 0,5 faiz geriləyib. Oxşar şəkildə, Standard & Poor's 500 İndeksi 0,7%, Nasdaq Texnoloji İndeksi 1,08 faiz dəyər itirib.
 
 
 Dollar İndeksi 0,6 faiz azalıb

 
 
Günə ən önəmli rəqibi Avro qarşısında 0,5% qazancla başlayan Dolların dəyəri, Flynn xəbərləri gələn xəbərlərin təsirilə düşüb.
 
 
Dolların, avro, yen, funt-sterlinq, Kanada dolları, İsveç kronu və İsveçrə frankı olmaq üzrə ən böyük altı rəqibinə qarşı dəyərini ölçən Beynəlxalq Dollar İndeksi də 0,6 faiz dəyər itirib 92,56-yə qədər düşüb.

02.12.2017 06:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ