Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Vergilər Nazirliyi işə qəbul üzrə müsabiqə elan edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vergilər Nazirliyi işə qəbul üzrə müsabiqə elan edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Vergilər Nazirliyi dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyən Azərbaycan Respublikası vətəndaşları üçün müsabiqə elan edib.


Müsabiqəyə sənədlər elektron ərizə vasitəsilə cari ilin 05-20 dekabr tarixləri arasında qəbul edilir.

Reklam_3_11

 

Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar göstərilən müddət ərzində Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.azwww.e-taxes.gov.az) daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar.

 

Ərizəyə sağlamlıq haqqında tibbi arayışın və ali təhsil haqqında diplomun, məhkumluğun olması (olmaması) barədə arayışın və narkoloji dispanserdə qeydiyyatda olması (olmaması) barədə arayışın surətləri mütləq qaydada elektron fayl şəklində əlavə olunmalıdır. 


Ərizə formasını doldurub sistemə daxil etdikdən sonra namizədə ərizənin sistemə daxil olunduğu barədə elektron poçt ünvanına məlumat verilir. Sənədlər qəbul edildikdən sonrakı beş gün ərzində namizədin elektron poçt ünvanına ərizə qəbul edilərsə onun iş nömrəsi, sınaq imtahanının vaxtı və yeri barədə, ərizə qəbul edilmədiyi halda isə bunun səbəbi barədə məlumat verilir.   


Sənədləri qəbul edilmiş namizədlər 24-26 yanvar 2018-ci il tarixlərində səhər saat 10.00-dan 18.00-dək imtahana buraxılış vərəqələrini Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi 16) götürməlidirlər. Müsabiqənin test imtahanı mərhələsi 28.01.2018-ci il tarixdə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcək.

 

Müsabiqənin test imtahanı mərhələsinin suallarını (məntiq və informatika sahələri üzrə suallar istisna olunmaqla) özündə əks etdirən ədəbiyyat siyahısı Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsində yerləşdirilib.


Müsabiqədə müvəffəqiyyət qazanmış, lakin vakant vəzifələr üzrə iş təklifindən imtina edən namizədlər Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılacaq. 

02.12.2017 10:44

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ