Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Beynəlxalq Bank yeni əməkhaqqı və mükafatlandırma sisteminə keçəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bank yeni əməkhaqqı və mükafatlandırma sisteminə keçəcək

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti açıq tender elan edib.

 

"Marja" xəbər verir ki, tender 1. “Azərbaycan Beynəlxalq Bankı” ASC- nin təşkilati strukturunda vəzifə səviyyələrinin müəyyən edilməsi, yeni əməkhaqqı və əməkdaşlarının fəaliyyətinin nəticələrinə əsaslanan mükafatlandırma sisteminin qurulması üzrə xidmətlərin satınalınmasını nəzərdə tutur. 

 

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. İştirak haqqı 300 manatdır.

 
İddiaçılar tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 15 dekabr 2017- ci il saat 17.00- a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 21 dekabr 2017-ci il saat 17.00- a qədər Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvana təqdim etməlidirlər.

 

Elan "Xalq qəzeti"nin 3 dekabr 2017-ci il buraxılışında dərc olunub.

03.12.2017 06:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ