Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

ABŞ Senatı, vergi layihəsini təsdiq edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ Senatı, vergi layihəsini təsdiq edib

ABŞ Senatı ölkənin vergi sistemində son 30 ilin ən böyük dəyişikliklərini nəzərdə tutan 1,5 trilyon dollarlıq vergi layihəsini az fərqlə təsdiq edib.


 
"Marja" xəbər verir ki, Respublikaçı senatorların mübahisəli vergi layihəsi, Vaşinqton saatı ilə 02:00 radələrində keçirilən səsvermədə 49-a qarşı 51 səslə qəbul edilib.


 
Demokratların qarşı çıxdığı layihəyə müxalif çıxan yeganə Respublikaçı senator Bob Corker olub. Corker, layihəyə, büdcə kəsirini ən azı 1 trilyon dollar artıracağını və bu səbəblə də "xeyr" səsi istifadə etdiyini açıqlayıb.


 
ABŞ şirkətlərinə qarşı vergi nisbətini 35%-dən 20%-ə endirəcək layihənin güclü müxalifətə baxmayaraq Senatdan keçməsi, ABŞ Prezidenti Donald Trump və Respublikaçı Partiyanın builki ən mühüm uğuru kimi qiymətləndirilib.

 

Səsvermədən qələbəylə ayrılan Respublikaçı senatorlar, indi Konqresin digər qanadı olan Nümayəndələr Məclisindəki həmkarları ilə bir araya gələrək "razılaşma" prosesinə başlayacaq. Çünki ABŞ Nümayəndələr Məclisi ötən ay eyni adı daşımasına baxmayaraq bəzi fərqliliklər ehtiva edən bir başqa vergi layihəsini təsdiq edib. Həmin layihənin kənara qoyularaq Respublikaçıların layihəsinin əsas götürülməsi məsələsində razılaşma lazımdır.  Respublikaçıların layihəsinin Nümayəndələr Məclisində də təsdiq olunacağı gözlənilir. Layihənin Konqresdə qəbul edilməsi vəziyyətində, son mərhələ olaraq Prezident Trumpın imzasına təqdim olunacaq. 

 

Vergi islahatı layihəsinin Senatda təsdiq olunmasının Dolların bahalaşmasına səbəb olacağı gözlənilir.

 

Trump: "Layihəni Miladdan əvvəl imzalamaq üçün səbirsizləşirəm"


 
ABŞ Prezidenti Donald Trump, Senatda keçirilən səsvermənin nəticəsini Twitter hesabından etdiyi paylaşımla qiymətləndirib.


 
Son 30 ilin ən böyük vergi güzəştlərini əks etdirən vergi layihəsinin il bitmədən masasında olmasını istəyən Trump, "Amerika miqyasında çalışqan ailələrə böyük vergi güzəştləri təmin etməyə bir addım da yaxınlaşdıq.Layihəni Miladdan əvvəl imzalamaq üçün səbirsizləşirəm" ifadələrini istifadə edib.

03.12.2017 06:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ