Mobil manşet üstü reklam_21

Tütün və siqaret bazarında nəhəng satınalma!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tütün və siqaret bazarında nəhəng satınalma!

Dünyanın ən böyük ikinci siqaret şirkəti "British American Tobacco" (BAT)  Camel siqaretlərinin istehsalçısı "Reynolds American"ı 49,4 milyard dollara satın aldı.


 
İndiyədək Reynolds-ın 42 faiz səhminə sahib olan BAT, satınalma ilə ABŞ-ın ən böyük ikinci tütün şirkətinin hamısına sahib olub.

 

Bloomberg News-da yer alan xəbərə görə BAT-ın  İcraçı Direktoru Nicandro Durante, məsələ ilə bağlı verdiyi açıqlamada birləşmənin sabit mənfəət artımı və səhmdarlara əhəmiyyətli gəlir verəcəyini söyləyib..


 
 Müqavilədən sonra BAT-ın səhmləri 1,2 faiz, Reynolds səhmləri 0,4% yüksəlib.  


 
Ekspertlərə görə BAT-ın ABŞ bazarındakı mövcudluğunu artıracaq müqavilə, ənənəvi siqaretlərə tələbatın azalmasının və elektron siqaret istifadəsinin artmasının nəticəsidir. Birləşmə, dünyanın ən böyük siqaret şirkəti "Philip Morris"in taxtını silkələyir.

17.01.2017 14:01

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ