Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Avtomobil nəhəngləri ortaq olur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avtomobil nəhəngləri ortaq olur

Fiat Chrysler-in İcraçı direktoru Sergio Marchionne verdiyi açıqlamada Hyundai ilə texnologiya sahəsində ortaqlıq mövzusunda danışıqlar apardıqlarını bildirib.



 
İtaliya-ABŞ avtomobil şirkəti Fiat Chrysler Automobiles (FCA) və Cənubi Koreyanın avtomobil şirkəti Hyundai, texnologiya sahəsində ortaqlıq etmək üçün danışıqlara başlayıb.
 

"Marja" xəbər verir ki, FCA-nın İcraçı direktoru Sergio Marchionne bir qrup jurnalistə verdiyi açıqlamada, "Hazırda onsuz da Hyundai-dan bəzi ehtiyat hisələrini alırıq. Görək, digər məsələlərdə razılığa gələ bilərikmi? Xüsusilə sürətlər qutusu və hidrogen sahələrində" deyib.


 
Bu an üçün rəsmi məlumatının olmadığını da sözlərinə əlavə edən Marchionne, görüşlərdən birləşmə qərarının çıxıb çıxmayacağı sualına isə "zənn etmirəm" şəklində cavab verib.
 


FCA-nın adı 2015-ci ildən bu yana tez-tez birləşmə iddiaları ilə gündəmə gəlir. Vəzifə müddəti  2019-cu ilin aprel ayında sona çatacaq 65 yaşlı Marchionne, 2022-ci ilə qədərki dövrü əhatə edəcək yeni bir plan üzərində çalışır. Planın növbəti ilin ikinci rübündə elan ediləcəyi gözlənilir.

04.12.2017 06:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ