Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

SOCAR 500 milyon dollarlıq istiqrazlar buraxacaq - DAXİLİ BAZARDA

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR 500 milyon dollarlıq istiqrazlar buraxacaq - DAXİLİ BAZARDA

SOCAR  (ARDNŞ) daxili bazarda  500 mln. dollar məbləğində korporativ istiqrazlar yerləşdirməyi planlaşdırır. Bu barədə SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov mətbuat konfransında məlumat verib.

 

“500 mln. Dollar ümumi məbləğdə korporativ istiqrazların bir neçə emissiyasını planlaşdırırıq. Bir emissiya çərçivəsində bazar bu həcmin öhdəsindən gələ bilməz. Emissiyaların müddəti və həcmi bazar və tələbatın fəallığından asılı olacaq”, - deyə S.Qasımov bildirib.

 

Onun sözlərinə görə, gələcək emissiyalar çərçivəsində SOCAR-ın dollar istiqrazları üzrə gəlirlilik 5%-dən aşağı olacaq.

 

Şirkətin manat istiqrazlarının yerləşdirilməsinə dair planlarına toxunan S.Qasımov qeyd edib ki, bazarda müvafiq tələbatın olması halında bu cür əməliyyat mümkündür. “Lakin, hazırda Azərbayanda banklar manat depozitləri üzrə çox yüksək faiz dərəcələri təklif edirlər (illik 15-17%). Başa düşmək lazımdır ki, SOCAR bu cür yüksək faizlə, yəni 10%-dən artıq, manat istiqrazları üzrə dividendlər təklif edə bilməyəcək. Bu, bizim üçün məqsədəuyğun deyil”, - deyə S.Qasımov vurğulayıb. 

17.01.2017 14:10

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ