Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Uber" və "Taxfy" Bakıda müştərilərinə nağd ödəniş təklif edirlər

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Uber" və "Taxfy" Bakıda müştərilərinə nağd ödəniş təklif edirlər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Məlumdur ki, dekabrın 1-dən "Uber" və "Taxfy" müştəriləri üçün taksi xidməti nagdsız hesablaşmalara zamanı 18% bahalaşıb. 

 

Bu, nagdsız hesablaşmadan istifadə edən taksi müştərilərinə 18% həcmində ƏDV-in tətbiqi ilə əlaqədardır.

 

"Marja" xəbər verir ki, bu qərar "Uber"dən nağd ödəniş xidmətindən daha geniş istifadə ilə nəticələnə bilər.

 

Sərnişinlərin, Uber-in partnyorlarına (taksi sürücülərinə) səfər üçün birbaşa nağd ödəniş etmək seçimləri var. Sürücü, nağd ödənişli səfərlər üçün, səfərin sonunda gediş haqqını almaq və düzgün qalıq məbləğini qaytarmaq öhdəliyi daşıyır.


Məlumata görə, "Uber" və "Taxify" müştərilərini nağd hesablaşmaya təhrik edirlər. Sərnişin götürülən zaman, ondan səfərin gediş haqqını nağd ödəyib-ödəməyəcəyi soruşulur.


"Uber" ötən ilin yayında da bəyan etmişdi ki, Bakıda yeni nağd ödəniş sistemini istifadəyə verib.

 

"İstifadəçilər ödəniş növünü seçmək, sürücülər isə gündəlik xərcləri üçün müəyyən məbləğdə nağd vəsait arzusundadırlar. Beləliklə, nağd hesablaşmanın tətbiqinə görə Bakı sayca ilk paytaxt və Yekaterinburqdan sonra ikinci şəhər oldu.

 

Artıq test rejimində fəaliyyət göstərən “nağd ödəniş” opsiyası adi kart ödənişi ilə paralel əlçatan olacaq. Nağd ödəniş həyata keçirmək üçün istifadəçi tətbiq vasitəsilə avtomobili sifariş etdiyi zaman arzuladığı ödəniş növünü seçməlidir",- Şirkətin açıqlamasında deyilirdi.

03.12.2017 20:49

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ