SOCAR 500 milyon dollarlıq istiqrazlar buraxacaq - DAXİLİ BAZARDA
SOCAR (ARDNŞ) daxili bazarda 500 mln. dollar məbləğində korporativ istiqrazlar yerləşdirməyi planlaşdırır. Bu barədə SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov mətbuat konfransında məlumat verib.
“500 mln. Dollar ümumi məbləğdə korporativ istiqrazların bir neçə emissiyasını planlaşdırırıq. Bir emissiya çərçivəsində bazar bu həcmin öhdəsindən gələ bilməz. Emissiyaların müddəti və həcmi bazar və tələbatın fəallığından asılı olacaq”, - deyə S.Qasımov bildirib.
Onun sözlərinə görə, gələcək emissiyalar çərçivəsində SOCAR-ın dollar istiqrazları üzrə gəlirlilik 5%-dən aşağı olacaq.
Şirkətin manat istiqrazlarının yerləşdirilməsinə dair planlarına toxunan S.Qasımov qeyd edib ki, bazarda müvafiq tələbatın olması halında bu cür əməliyyat mümkündür. “Lakin, hazırda Azərbayanda banklar manat depozitləri üzrə çox yüksək faiz dərəcələri təklif edirlər (illik 15-17%). Başa düşmək lazımdır ki, SOCAR bu cür yüksək faizlə, yəni 10%-dən artıq, manat istiqrazları üzrə dividendlər təklif edə bilməyəcək. Bu, bizim üçün məqsədəuyğun deyil”, - deyə S.Qasımov vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
15 saat əvvəl
Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
-
16 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 16 saat əvvəl
-
16 saat əvvəl
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi
- 16 saat əvvəl
-
19 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 19 saat əvvəl
-
19 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
19 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir