Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

Binaların tikintisi üçün yeni tələblər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Binaların tikintisi üçün  yeni tələblər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda yaşayış binanın mərtəbələrinin sayından və sahəsindən asılı olaraq tikinti planlaşdırılan ərazidə yer ayrılacaq.

 

Reklam_3_11

Bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “Dövlət Şəhərsalma Norma və Qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” normativ sənədinə dəyişiklikdə əksini tapıb.

 

Ərazidən istifadənin intensivliyi yaşayış tikintisinin sıxlığı və ərazinin tikinti faizi ilə səciyyələnəcək. Yaşayış zonaları ərazilərinin tikinti sıxlığı və tikinti faizi ərazinin şəhərsalma baxımından əhəmiyyəti, ətraf mühitin vəziyyəti, şəhərsalma şəraitinin digər xüsusiyyətləri nəzərə alınmaqla, şəhərsalma reqlamentinə uyğun qəbul edilməlidir. Ümumən planlaşdırılan ərazinin 10 faizdən 40 faizə qədər hissəsində tikinti aparılmasına icazə veriləcək. Məsələn, planlaşdırılan tikinti sahəsi 1 hektardırsa, həmin ərazinin 10 faizində 8 mərtəbədən 25 mərtəbəyədək binaların tikintisinə yerüstü mərtəbələrin sahəsindən asılı olaraq, icazə veriləcək. Bu halda 10 mərtəbəyədək yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi minimum 4,1 min kv.m, maksimum 10 min kv.m, 11-15 mərtəbəli yaşayış binalarının  yerüstü mərtəbələrinin ümumi sahəsi minimum 10 min kv.m, maksimum 15 min kv.m, 16-20 mərtəbəli yaşayış binalarının  yerüstü mərtəbələrinin ümumi sahəsi minimum 15 min kv.m, maksimum 20 min kv.m, 21-25 mərtəbəli yaşayış binalarının  yerüstü mərtəbələrinin ümumi sahəsi minimum 20,1 min kv.m, maksimum 25 min kv.m ola bilər. Planlaşdırılan tikinti sahəsinə müvafiq nisbətdə  yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi artacaq. Planlaşdırılan tikinti sahəsi 2 hektardırsa, o halda 7-25 mərtəbəli yaşayış binalarının  yerüstü mərtəbələrinin ümumi sahəsi də iki dəfə artıq olacaq.

 

Planlaşdırılan 1 hektar tikinti  sahəsində 3-17 mərtəbəli yaşayış binalarının tikilməsi nəzərdə tutulubsa, bu zaman tikintiyə ərazinin 15 faizinin ayrılmasının şərtləri də açıqlanıb. Bu halda 3-7 mərtəbəli yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi minimum 4,1 min kv.m, maksimum 10 min kv.m,  7-10 mərtəbəli yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi minimum 10 min kv.m, maksimum 15 min kv.m,  10-14 mərtəbəli yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi minimum 15 min kv.m, maksimum 20 min kv.m, 14-17 mərtəbəli yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi minimum 20,1 min kv.m, maksimum 25 min kv.m ola bilər.

 

Planlaşdırılan 1 hektar tikinti  sahəsində 2-13 mərtəbəli yaşayış binalarının tikilməsi nəzərdə tutulubsa, bu zaman tikintiyə ərazinin 20 faizin ayrıla bilər. Bu halda 2-5 mərtəbəli yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi minimum 4,1 min kv.m, maksimum 10 min kv.m,  5-8 mərtəbəli yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi minimum 10 min kv.m, maksimum 15 min kv.m,  8-10 mərtəbəli yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi minimum 15 min kv.m, maksimum 20 min kv.m, 10-13 mərtəbəli yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi minimum 20,1 min kv.m, maksimum 25 min kv.m ola bilər.

 

Planlaşdırılan 1 hektar tikinti  sahəsində 2-10 mərtəbəli yaşayış binalarının tikilməsi nəzərdə tutulubsa, bu zaman tikintiyə ərazinin 25 faizin ayrıla bilər. Bu halda 2-4 mərtəbəli yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi minimum 4,1 min kv.m, maksimum 10 min kv.m,  4-6 mərtəbəli yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi minimum 10 min kv.m, maksimum 15 min kv.m,  6-8 mərtəbəli yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi minimum 15 min kv.m, maksimum 20 min kv.m, 8-10 mərtəbəli yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi minimum 20,1 min kv.m, maksimum 25 min kv.m ola bilər.

 

Planlaşdırılan 1 hektar tikinti  sahəsində 1-8 mərtəbəli yaşayış binalarının tikilməsi nəzərdə tutulubsa, bu zaman tikintiyə ərazinin 30 faizin ayrıla bilər. Bu halda 1-4 mərtəbəli yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi minimum 4,1 min kv.m, maksimum 10 min kv.m,  3-5 mərtəbəli yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi minimum 10 min kv.m, maksimum 15 min kv.m,  5-7 mərtəbəli yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi minimum 15 min kv.m, maksimum 20 min kv.m, 7-8 mərtəbəli yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi minimum 20,1 min kv.m, maksimum 25 min kv.m ola bilər.

 

Planlaşdırılan 1 hektar tikinti  sahəsində 1-7 mərtəbəli yaşayış binalarının tikilməsi nəzərdə tutulubsa, bu zaman tikintiyə ərazinin 40 faizin ayrıla bilər. Bu halda 1-3 mərtəbəli yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi minimum 4,1 min kv.m, maksimum 10 min kv.m,  2-4 mərtəbəli yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi minimum 10 min kv.m, maksimum 15 min kv.m,  4-5 mərtəbəli yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi minimum 15 min kv.m, maksimum 20 min kv.m, 5-7 mərtəbəli yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi minimum 20,1 min kv.m, maksimum 25 min kv.m ola bilər.

 

Bu hallarda da planlaşdırılan tikinti sahəsi 1 hektardan artıq olduqda, planlaşdırılan tikinti sahəsinə müvafiq nisbətdə  yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi artacaq.

17.01.2017 14:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ