Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

OPEC bütün "kartlarını" oynadı, indi meydan ABŞ-ındır

iç səhifə xəbər başlığı altı (mobil)_31
OPEC bütün "kartlarını" oynadı, indi meydan ABŞ-ındır

Neft qiymətləri, ABŞ-da neft quyularının sayının artması ilə əlaqədar olaraq ucuzlaşır. 

 

"Marja" xəbər verir ki, Baker Hughes Inc.-ın məlumatlarına görə, ötən həftə ABŞ-da qazılan neft quyularının sayı 2 artaraq 749 ilə Sentyabrın sonundan bu yana ən yüksək səviyyəsinə çıxıb. Neft quyularının artması yaxın gələcəkdə hasilatın da artmasına işarədir.

 
Ötən həftə, OPEC və aralarında Rusyanın da olduğu tərəfdaşları, hasilatın gündəlik 1.8 milyon barrel azaldılması müqaviləsinin müddətini 2018-ci ilin sonunadək uzadıblar. Qərar verilənədək nikbinliyin təsiri ilə neft qiymətləri yüksəlirdi.

 
Analitiklər bildirirlər ki, OPEC, hasilatın azaldılması müqaviləsini gələn ilin sonunadək uzadaraq əlindəki bütün kartları oynadı. ABŞ-da şist nefti istehsalçıları olduğu müddətcə, neft qiymətlərinin bu nöqtədən etibarən daha da yüksəlməsi çətin olacaqdır. 
 


Qərbi Texas nefti (WTI) Nymex birjasında 45 sent düşərək bareli 57.91 dollara enib, Brent nefti, Londonda ICE Futures Europe birjasında 39 sent düşərək bareli 63.34 dollara geriləyib.

04.12.2017 07:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ