Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

OYAL fiziki məhdudiyyətli insanları sevindirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
OYAL fiziki məhdudiyyətli insanları sevindirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Uşaq və yeniyetmələrin sevimli məktəbli ləvazimatları olan OYAL daim müxtəlif yönümlü sosial layihələr həyata keçirməyi korporativ vətəndaşlıq borcu hesab edir.

 

3 dekabr Beynəlxalq Əlillər Günü ilə bağlı növbəti sosial layihə Şabran rayon İcra Hakimiyyəti, Oriqami Uşaq və Yeniyetmələr İctimai Birliyi və Ofisait mağazalar şəbəkəsinin təşkilati dəstəyi ilə həyata keçirilib.

 

Şabran rayonu Heydər Əliyev Mərkəzində həyata keçirilən tədbiri giriş sözü ilə açan Şabran rayon İcra Hakimiyyəti başçısının müavini Fikrət Nuşiyev özəl sektorda fəaliyyət göstərən şirkətlərin ölkənin ictimai həyatında aktiv rolunu yüksək qiymətləndirdiyini vurğulayıb, OYAL-a şabranlılar adından dərin təşəkkürünü bildirib.

 

Tədbirdə çıxış edən şirkət nümayəndəsi fiziki məhdudiyyətli insanların daim dövlətimizin diqqət mərkəzində olduğunu qeyd edib və Heydər Əliyev Fondunun həyata keçirdiyi sosial layihələrin davamı olaraq xeyriyyəçilik işləri ilə məşğul olmağı OYAL-ın Korporativ Sosial Məsuliyyətinin əsas tərkib hissəsi olduğunu bildirib. Tədbirdə nəinki iştirakçılara, həmçinin fiziki məhdudiyyətli insanların ailə üzvlərinə də müxtəlif hədiyyələr təqdim olunub, bu da layihə iştirakçılarının ikiqat sevincinə səbəb olub. Sonda xatirə şəkli çəkilib.

 

Fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası və onların reabilitasiyası istiqamətində OYAL gələcəkdə də, müxtəlif layihələr həyata keçirmək niyyətindədir.

 

Qeyd edək ki, OYAL məktəbli ləvazimatlarını Bakı, Abşeron, Sumqayıt, Lənkəran, Tovuz, Bərdədə yerləşən “Ofisait” mağazaları ilə yanaşı, şəhərimizin dəftərxana ləvazimatları satılan bir çox mağazalarından əldə etmək mümkündür. Həmçinin ölkənin ən böyük online satış portallarından biri olan www.ofisait.com vasitəsilə də Siz mənzil və ofislərinizdə internet vasitəsilə istənilən məhsulu sifariş verə bilərsiniz. Daha ətraflı məlumatı OYAL və “Ofisait”in daim yenilənən Facebookİnstagram səhifələrindən əldə edə bilərsiniz.

04.12.2017 08:28

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ