Kapital qoyuluşlarının 90%-i paytaxtın payına düşür

2017-ci ilin yanvar-oktyabr aylarında Bakı şəhərində əsas kapitala kapital qoyuluşları 11 mlrd. 301,8 mln. manat vtəşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9% azdır. Bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

 

Xəbər verildiyi kimi, 2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala kapital qoyuluşları 12 mlrd. 536,5 mln. manat təşkil edib. Beləliklə, bütün kapital qoyuluşlarının 90,2%-i paytaxtın payına düşür.

 

Məlumata əsasən, 2017-ci ilin yanvar-oktyabr aylarında Bakı üzrə ümumi kapital qoyuluşlarından 8 mlrd. 46,9 mln. manat (71,2%-i) tikinti-quraşdırma işlərinə yönəldilib.

 

Vəsaitin 3 mlrd. 729,6 mln. manatı dövlət sərmayələri (bütün kapital qoyuluşlarının 33%-i), 7 mlrd. 459,2 mln. manatı qeyri-dövlət sərmayələrin (67%) payına düşüb.

 

İdarədən həmçinin qeyd ediblər ki, ümumi inşaat işlərinin 87,6%-ini qeyri-dövlət tikinti şirkətləri yerinə yetiriblər.

 

©  “İnterfaks-Azərbaycan”  

4 Dekabr 2017 , 15:22   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin