Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

İndi də rəqəmsal pişik bəsləyib satırlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
İndi də rəqəmsal pişik bəsləyib satırlar

  
Virtual valyutaların populyarlığı gedərək artarkən, Ethereum şəbəkəsinin rəqəmsal oyunu CryptoKitties (Rəqəmsal Pişiklər) üçün bir həftədə xərclənən pul 1,3 milyon dolları keçib. Qısa müddətdə öz kütləsini yaradan oyun, virtual valyutaya marağı artıra bilər.



 
Dünyanın ikinci böyük virtual valyutası olan Ethereum şəbəkəsində bir anda populyar olan CryptoKitties  (Rəqəmsal Pişiklər) adlı rəqəmsal oyunu üçün bir həftədə 1,3 milyon dollar xərclənib.

Reklam_3_11


 
"Marja" "Tech Crunch" saytına istinadən xəbər verir ki, 28 Noyabrda  təqdim olunan oyun, qısa müddətdə fenomenə çevrilib.


 
Pokemon kartlarının rəqəmsal versiyası kimi görünən CryptoKitties-də, oyunçular fərqli xüsusiyyətlərə malik pişikləri bəsləyə, satın alıb sata bilərlər.


 
Oyuna xərclənən pulun bir həftədə 1,3 milyon dolları keçdiyi və sürətlə artmaqda olduğu bildirilir. Bəzi pişiklərin qiyməti isə, 246 Ethereumu, yəni 113 min dollara çatır.


 
Hazırda Ethereum əməliyyatlarının 4%-ni təşkil edən oyunun, kripto pul həvəskarları xaric, fərqli təbəqələri də virtual valyuta bazarına cəlb edəcəyi və bazara marağı artıracağı deyilir.

04.12.2017 12:55

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ