Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Gönlər idxal rüsumundan azad olunacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gönlər idxal rüsumundan azad olunacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən emal edilməmiş iribuynuzlu mal-qara gönləri idxal rüsumundan azad olunacaq.
 


Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.


 
Hazırda qüvvədə olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən tüklü və ya tüksüz, ikilənmiş və ya ikilənməmiş iribuynuzlu mal-qaranın (camışlar da daxil olmaqla) və ya atlar fəsiləsi heyvanlarının emal edilməmiş gönləri (təzə və ya duzlu, qurudulmuş, küllələnmiş, pikelləşdirilmiş ya da digər üsulla konservləşdirilmiş, lakin aşılanmamış və ya perqamentləşdirilməmiş və ya sonrakı emala məruz qalmamış) gömrük dəyərlərinin 15 faizi həcmində idxal gömrük rüsumuna cəlb edilir. Gələn il yanvarın 1-dən isə edilən iribuynuzlu mal-qaranın emal edilməmiş gönləri idxal rüsumundan azad olcaq. Ancaq iribuynuzlu mal-qaranın (camışlar da daxil olmaqla) və ya atlar fəsiləsi heyvanlarının gönlərindən tüksüz, ikilənmiş və ya ikilənməmiş, lakin sonrakı emala məruz qalmamış aşılanmış dəri və ya dəri krastı üçün idxal gömrük idxal rüsumu ləğv olunmayıb. Gələn il yanvarın 1-dən  emal edilməmiş bu gönlər üçün idxal gömrük rüsumu onların hər bir ədədi üçün 15 faiz olmaqla hesablanacaq. Perqamentləşdirilmiş daxil olmaqla, iribuynuzlu mal-qara (camışlar da daxil olmaqla) və ya atlar fəsiləsi heyvanlarının gönlərindən tüksüz, ikilənmiş və ya ikilənməmiş, aşılanmadan sonra əlavə olaraq emal edilmiş dəri və ya dəri krastı şəklində dəri üçün gömrük idxal rüsumu isə  belə gönlərin  1 kvadratmetri üçün 15 faiz olmaqla hesablanacaq.


 
Yunlu və ya yunsuz, ikilənmiş və ya ikilənməmiş, emal edilməmiş qoyun və ya quzu gönləri (təzə və ya duzlu, qurudulmuş, küllələnmiş, pikelləşdirilmiş və ya başqa üsulla konservləşdirilmiş, lakin aşılanmamış, perqamentləşdirilməmiş və ya sonrakı emala məruz qalmamış) də 15 faiz idxal gömrük rüsumundan azad edilməyib. Sadəcə, gələn il yanvarın 1-dən  emal edilməmiş qoyun və ya quzu gönləri üçün idxal gömrük rüsumu hər bir ədədi üçün 15 faiz olmaqla hesablanacaq. 

04.12.2017 13:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ