Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

Televizora çox baxmaq nəyə görə təhlükəlidir?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Televizora çox baxmaq nəyə görə təhlükəlidir?

Televizora çox baxmaq insanda fəaliyyətsizlik, passivlik yaradır ki, bu da piylənmə və ürək-damar xəstəlikləri ilə bağlıdır. Televizorun insan sağlamlığına zərərli təsirini göstərmək üçün getdikcə daha çox tədqiqat aparılır.

 

Reklam_3_11

Alimlər televizora uzun müddət baxmağın çox zərərli olmasının bir neçə səbəbini tapıblar.

 

Tədqiqatın nəticələri “Health & Medicine” jurnalında dərc edilib. Bu yaxınlarda Harvard İctimai Səhiyyə Məktəbində aparılmış tədqiqat nəticəsində müəyyən olunub ki, televizora çox baxmaq piylənməni və 2-ci tip şəkərli diabetin inkişaf riskini xeyli artıra bilər. Rod-Aylend ştatında universitetdə aparılmış tədqiqat da televizora uzun müddət baxmağın zərərini sübut edib.

 

Televizora baxmaq insanın düşünməsinə də mane ola bilər. Televiziya kanalında müxtəlif məsələlər barədə müntəzəm verilən informasiya, fikir və təhlil insanı tənqidi təfəkkürdən imtina etməyə yönəldir. Bu yolla insanlar dezinformasiya edilə bilər və nəticədə onları asanlıqla manipulyasiya etmək olar.

 

Azərtac

17.01.2017 14:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ