Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Türk lirəsi Dollar qarşısında dəyər qazanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türk lirəsi Dollar qarşısında dəyər qazanıb

Yeni həftəyə yüksəlişlə başlayan Dollar/Türk lirəsi məzənnəsi inflyasiya göstəricisi və Prezident Ərdoğanın açıqlamasından sonra  3.94-dən mərhələli olaraq düşərək 3.8976-ya qədər geriləyib.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, bu gün Türkiyədə Noyabr ayı inflyasiya rəqəmi açıqlanıb. İnflyasiya aylıq və illik müqayisədə gözləntilərin üzərində baş reallaşıb. İllik artım 12.98% olaraq 2003-ci ildən bu yana ən yüksək səviyyə kimi qeydə alınıb.
 

 
 Ərdoğandan "xaricə pul qaçıranlar" sözünə açıqlama


 
Prezident Rəcəb Tayyib Ərdoğan, dünənki "xaricə pul qaçıranlar" sözlərinə aydınlıq gətirib. Ərdoğan bugünkü çıxışında "sərvətini başqa ölkələrə qaçıranlar olduğunu demişdim. Fərqli şərhlər verildiyini gördüm. Türkiyə azad bazar iqtisadiyyatına malik bir ölkədir. İstəyən hər kəsin xaricə pulunu çıxarmaq hüququ vardır. Xaricdən investor cəlb etməklə bərabər, xaricə investisiya qoyan da bir ölkəyik",- deyib.
 

Ərdoğanın bu açıqlaması TL-nin Dollar qarşısında dəyər qazanmasına və məzənənin 3.90-dan aşağı düşməsinə səbəb olub.

04.12.2017 14:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ