Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Hansı yerlərdə siqaret çəkmək olmaz? - Siyahı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hansı yerlərdə siqaret çəkmək olmaz? - Siyahı

Ötən həftə Milli Məclisdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunu layihəsi qəbul olunub.

 

Siqaret çəkilməsi qadağan olunan yerlərin siyahısı həmin qanunda öz əksini tapıb. Yerlərin siyahısını təqdim edirik:

 

Azərbaycan Respublikasında tütün istifadəsinin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədi ilə aşağıda göstərilən yerlərdə tütün çəkilməsi qadağandır:

 

- təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində;

 

- səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələrində, habelə onların ərazilərində (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla. Belə yerlərə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur);

 

- mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda, iş yerlərində (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla);

 

- idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda;

 

- restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla);

 

- ticarət obyektlərində;

 

- məişət obyektlərində;

 

- sosial xidmət müəssisələrində;

 

- yerləşdirmə vasitələrində (tütün çəkənlər üçün mehmanxanalarda otaqlar və xüsusi yerlər ayrıla bilər);

 

- teatr və kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində;

 

- uşaq meydançalarında;

 

- yerüstü qapalı və yeraltı piyada keçidlərində;

 

- müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində;

 

- metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda;

 

- hava nəqliyyatı vasitələrində, dəmiryolu qatarlarında (qatarın xüsusi ayrılmış yerləri istisna olmaqla), su nəqliyyatı vasitələrində (xüsusi ayrılmış yerlər istisna olmaqla);



- tütün çəkmək üçün xüsusi ayrılmış yerlər istisna olmaqla hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində;

 

- liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində;

 

- taksafonlarda;

 

- yanacaqdoldurma məntəqələrində, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə.

 

- Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilat rəhbərləri tütün çəkmək üçün xüsusi yerlər ayrılmasını, bu yerlərdən kənarda tütün çəkilməsinin qadağan edilməsini və 10.1-ci maddədə göstərilən yerlərdə hər kəsin yaxşı görə biləcəyi lövhələrdə "tütün çəkmək qadağandır" yazısının və ya işarəsinin olmasını təmin etməlidirlər.

 

- Tütün çəkmək üçün xüsusi ayrılmış yerlər sanitar-gigiyenik normaların tələblərinə cavab verən şəkildə təchiz edilməlidir.

04.12.2017 13:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ