Ən yuxarı statik reklam-3_3

Neftin qiyməti barədə daha bir proqnoz

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neftin qiyməti barədə daha bir proqnoz
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xam neftin bir barrelinin qiyməti 50-60 dollar arasında dəyişəcək.

 

Bu barədə Malayziyanın milli neft şirkəti “Petronas”ın 2018-2020-ci illəri əhatə edən hesabatında deyilir.

 

Bildirilir ki, analitiklərin əksəriyyəti “qara qızıl”ın qiymətinin yenidən 100 dollar/barrel səviyyəsinə qalxmasının real olmadığını düşünürlər. Qısa müddət ərzində xam neftin qiyməti qeyri-sabit olaraq qalacaq, treyderlər isə qiymətin inersiyasından faydalana biləcəklər. Həmçinin baş verə biləcək hər hansı geosiyasi hadisələr də neftin qiymətinin artmasına gətirib çıxara bilər.

 

“Ötən ilin noyabrından başlayaraq neftin qiyməti xeyli dərəcədə yaxşılaşıb. Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair saziş bu prosesdə əhəmiyyətli rol oynayıb. Bu il oktyabrın son həftəsində isə “Brent” markalı xam neftin bir barrelinin qiyməti Yaxın Şərqdəki geosiyasi hadisələrlə əlaqədar olaraq 60 dolları ötüb”, - deyə hesabatda qeyd edilir.

 

© Azərtac

05.12.2017 07:04

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ