Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın şirkəti BƏƏ və Banqladeş-ə ixrac barədə razılaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın şirkəti BƏƏ və Banqladeş-ə ixrac barədə razılaşdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın növbəti ixrac missiyası Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərindədir.

 

 “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə təşkil olunmuş ixrac missiyasına meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, quru meyvə, konservləşdirilmiş məhsullar, bal, çay, süd və süd məhsullarının, ət və ət məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən yerli şirkətlərin nümayəndələri daxildir.

 

iqtisadiyyat Nazirliyindən "Marja"ya daxil olmuş məlumata görə. Azərbaycan iş adamları BƏƏ şirkətləri ilə ikitərəfli görüşlər keçirib, Azərbaycan məhsullarının market və bazarlarda satış imkanları və distributorluq məsələləri müzakirə olunub.

 

Azərbaycanın "Brightman BMC" şirkətinin konservləşdirilmiş məhsullarının BƏƏ-yə və Banqladeşə ixracına dair "Al-maya" və "Lulu" marketlər şəbəkələri və "Al-Ghamdi trading" şirkəti ilə ilkin razılıq əldə edilib.

 

Azərbaycanın "Sunfood" şirkəti nar şirəsinin və çayın, "Kerkom" və "Azəri" şirkətləri isə balın BƏƏ-yə ixracına dair "Al-maya", "Lulu", "Al-Qudva" marketlər şəbəkələri ilə danışıqlara başlayıblar.

 

İxrac missiyasının iştirakçıları həmçinin, bazar və iri marketlər şəbəkələrinin fəaliyyəti ilə tanış olublar.

05.12.2017 07:28

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ