"Xəzərin hüquqi statusu üzrə Konvensiya hazırdır"
"Xəzərin hüquqi statusu üzrə Konvensiyanın mətni hazırdır".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin 7-ci iclasının yekununda keçirilən mətbuat konfransı zamanı bildirib.
"Xəzər dənizi üzrə mövcud gündəm məsələlərini hərtərəfli müzakirə etdik. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsi üzərində işə xüsusi diqqət ayırdıq. Böyük məmnuniyyətlə elan edirəm ki, bu sənədin hazırlanması ilə bağlı açıq qalan bütün əsas məsələlər üzrə məqbul həll yolları tapdıq. Faktiki olaraq sənədin mətni hazırdır", - S.Lavrov deyib.
Rusiya XİN başçısı sənədin gələn il Qazaxıstanda keçiriləcək V Xəzər sammitində imzalanmasının planlaşdırıldığını qeyd edib: "Bunun gələn ilin birinci yarısında edilə biləcəyinə ümidvarıq. Amma sammitin keçirilmə tarixi ilə bağlı son qərarı Qazaxıstan rəhbərliyi verəcək".
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 saat əvvəl
-
6 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
8 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 8 saat əvvəl
-
8 saat əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl