Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“AzInTelecom” zərərdən mənfəətə keçib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AzInTelecom” zərərdən mənfəətə keçib

Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC 2016-cı ili 32 milyon 539 min manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2015-ci ildə 12 milyon 698 min manat zərər açıqlamışdı.

 

Reklam_3_11

"Marja" MMC-nin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2015-ci illə müqayisədə  “AzInTelecom”un cəmi gəlirləri təxminən 25% azalaraq 50,1 milyon manatdan 37,4 milyon manata düşüb.

 

Gəlirlərin azalmasına baxmayaraq şirkətin zərərdən mənfəətə çıxması ötən il dəyərsizləşmələrin az olmasıdır. 2015-ci ildə MMC-nin qudvil dəyərsizləşməsi təxminən 28 milyon manat təşkil etmişdi. Şirkət həmçinin debitor borcların dəyərsizləşməsi üzrə 12,5 milyon manat ehtiyat yaratmışdı.

 

İl ərzində inzibati və başqa əməliyyat xərcləri də azaldılıb.

 

“AzInTelecom”un fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və yeni yaradılmış Data Mərkəzi nəzdində “İnfrastruktur xidmət kimi (IaaS)” xidmətlərindən ibarətdir.

 

Qudvil hər hansı bir təşkilatın dəyərində yaranan fərqdir. Bildiyiniz kimi istənilən müəssisənin aktivləri, öhdəlikləri və kapitalı var. Aktivlərdən öhdəlikləri çıxdıqda yerdə kapital (və yaxud xalisaktivlər) qalır. Belə ki, müəssisənin aktivləri satılsa, debitor borcları geri ödənilsə, əldə olunan vəsaitlərdən öhdəliklər, kreditor borcları çıxılsa, yerdə qalan məbləğ artıq həmin müəssisənin kapitalı və yaxud xalis aktivləri olacaq. Bu dəyər məhz həmin müəssisənin faktiki uçot dəyəridir. Amma təcrübədə çox rast gəlirinir ki, müəssisələr bu dəyərdən daha yüksək dəyərə satılır. 

05.12.2017 12:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ