Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Qazaxıstan OPEC+ anlaşmasının icrasının çətin olduğunu bildirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qazaxıstan OPEC+ anlaşmasının icrasının çətin olduğunu bildirib

Qazaxıstan üçün OPEC+ neft hasilatının azaldılması ilə bağlı anlaşmadakı öhdəliyin yerinə yetirilməsi çətin olacaq. "RİA Novosti" xəbər verir ki, bu açıqlama ilə Qazaxıstanın energetika naziri Kanat Bozumbayev çızış edib.


"OPEC+ anlaşması əvvəl razılaşdırıldığı səviyyədə davam etdiriləcək. Bizim üçün bunu etmək çox çətin olacaq. Anlaşmanı uzatmağa razı olmağımız tərəfimizdən neft qiymətlərini sabit saxlamaq üçün atılmış ən böyük kompromiss addımdır", - deyə nazir əlavə edib.

 

Nazir həmçinin qeyd edib ki, "təbii ki, anlaşmanı uzatmağa razılaşmışıq. Lakin, əgər bizim öhdəliyi yerinə yetirməklə bağlı çətinliyimiz olarsa, anlaşma iştirakçıları ilə görüşüb vəziyyətimizi müzakirə edəcəyik".
"Report" xəbər verir ki, Qazaxıstan rəsmisinin açıqlamasından sonra neft qiymətləri azalmağa başlayıb. "Brent" markalı neft 0,4% ucuzlaşaraq 62 dollar/barel səviyyəsinə yaxınlaşıb. 


Qeyd edək ki, sabah ABŞ-da neft ehtiyatlarının həcmi və hasilat göstəricisi açıqlanacaq. Ehtiyatlar və hasilatda artım müşahidə olunarsa, neft qiymətlərində 60 dollar/barelə doğru hərəkət mümkündür.

 

© Report

05.12.2017 12:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ