Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

İkinci Bakı Şopinq Festivalının dövriyyəsi açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
İkinci Bakı Şopinq Festivalının dövriyyəsi açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İkinci Bakı Şopinq Festivalı ötən festivalda olduğu kimi uğurlu alınıb.

 

Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Şöbədən bildiriblər ki, oktyabr ayı ərzində Azərbaycana 204,686 turist gəlib. Bu, keçən ilin müvafiq dövrünə nisbətən 13 % artım deməkdir. 


 
Festival müddətində 643 mağaza iştirakçı kimi qeydiyyatdan keçib və onlardan 493-ü ƏDV qaytarma proqramına qoşulub. Festivalın "Tax Free" sistemi çərçivəsində 48,422 ədəd hesab faktura təsdiqlənib. Ümumi dövriyyə 33 milyon 826 min 864 manat olub və banklar alıcılara 3 milyon 366 min 702 manat ƏDV qaytarıblar.


Alıcılar Baku Şopinq Festivalında 10%-dən 70%-dək endirimlərdən faydalanıblar. Həmçinin ümumi alış məbləğinin 10.2% həcmində əlavə ƏDV qaytarılmasından istifadə ediblər. Ümumilikdə Baku Şopinq Festivalı zamanı ticarət mərkəzlərinə gələn insanların sayı keçən ilin analoji dövrünə nisbətən 12% artıb.

05.12.2017 12:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ