Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Peugeot-dan Opel-ə: Bizi aldatdınız, pulumuzu verin

iç səhifə xəbər başlığı altı (mobil)_31
Peugeot-dan Opel-ə: Bizi aldatdınız, pulumuzu verin
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mart ayında ABŞ-ın "General Motors" (GM) şirkətindən Almaniyanın "Opel" şirkətini 1.3 milyard Avroya satın alan Fransanın "PSA Qrup"u (Peugeot-Citroen) "aldanmışıq" deyərək ödədiyi pulun yarısını geri istəyir.


 
"Marja" xəbər verir ki, "Reuters"in mövzu ilə bağlı mənbələrə istinadən yaydığı xəbərə görə; PSA-nın, Opel markalı avtomobillərin karbon emissiya dəyərinin deyiləndən yüksək çıxmasından dolayı ciddi cərimə ilə qarşı-qarşıya gələ biləcəyi, bu səbəbdən GM-dən 600 ilə 800 milyon Avro arasında pul istədikləri bildirilir.


 
Avropa İttifaqı (Aİ) 2020-2021-ci illər arasında bu gün kilometrə 130 qram olan karbon qazı məhdudiyyətini 95 qrama salacaq. Bu məhdudiyyətdən yuxarı olan avtomobillər Aİ ölkələrində satılmayacaq.
 
 
"General Motors"un (GM) sözçüsü Devid Caldwell məsələ ilə bağlı açıqlama etməkdən qaçıb.

06.12.2017 07:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ