"Azərbaycanın ərzaq brendləri oğurlanır"
Azərbaycanın ərzaq məhsulları brendləri, xüsusilə də şərab brendləri oğurlanaraq müxtəlif ölkələrin istehsalçıları tərəfindən istifadə olunur.
Bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bəyan edib:
"Azərbaycan məhsulları brendlərinin oğurlanmasında ən böyük təhlükə Etmənistan təxribatıdır".
Komitə sədri "Ağdam" şərabı ilə bağlı son dövrdə yaranan problemi də xatırladıb.
"Ağdam" brendini başqa ölkələrdə istifadə edirlər. Tanınmış "Ağdam" brendi altında müəyyən məhsul istehsal edib satırlar. Azərbaycan brendlərinin oğurlanmasının qarşısını almaq üçün müəyyən tədbirlər görülür. Hələlik beynəlxalq mexanizm mövcud deyil. Patentlər və Əmtəə nişanları Mərkəzi öz səlahiyyəti çərçivəsində bu məsələləri həlletməyə çalışır. Bu hadisələrin baş verdiyi ölkələrdə müvafiq qurumlarla əlaqə saxlayır,müəyyən məsələlərin həllinə nail oluruq", - deyə R.Həsənov əlavə edib.
Komitə rəhbəri bildirib ki, coğrafi göstəriciərin beynəlxalq aləmdə bir əqli mülkiyyət obyekti olaraq qorunması məsələsi tam öz təsdiqini tapmayıb, hazırda beynəlxalq mexanizmlər yoxdur.
"Bu sahədə BMT-nin Ümumdünya Əqli Müliyyət Təşkilatı artıq bu sahədə - coğrafi göstəricilərin qorunması sahəsində dövlətlərarası komitə yaradıb. Bu gün həmin komitə tərəfindən coğrafi göstəriclərin qorunması mexanizmi araşdırılır. İnanırıq ki, tezliklə bu mexanizm işlənib hazırlanacaq. Fransanın bu sahədə çoxillik təcrübəsi var, ona görə onların təcrübəsinin öyrənilməsi üçün Bakıda elmi-paktiki konfrans təşkil etdik ki, yerli istehsalçılar bu sahədə müəyən biliklərə malik olsunlar", - deyə R.Həsənov vurğulayıb.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
17 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 18 saat əvvəl
-
18 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
19 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 20 saat əvvəl
-
20 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl