Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Azərbaycanda 356 dolma növü var"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycanda 356 dolma növü var"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycanın rayonlarından, kəndlərindən insanlar bizə 356 dolma resepti təqdim edib".


Bunu Azərbaycanın Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov deyib.


O bildirib ki, birinci dolma fesfivalına qədər Azərbaycanda 20-30 dolma növü olduğu güman edilirdi:

 

"Əlbəttə, dolmanın icmalarda daimi bişirilən, yalnız ailələrdə hazırlanan və bəzi rayonlara aid olan növləri var".

 


T.Əmiraslanovun sözlərinə görə, indiyə qədər ümumilikdə Azərbaycan mətbəxinə aid 4 minə yaxın ayrı-ayrı xörək növləri müəyyənləşib və onlarla bağlı məlumatlar toplanılıb.

 

O, bir neçə il əvvəl yemək sahəsində patentləşdirmə ilə bağlı Patent və Əmtəə Nişanları Mərkəzinə müraciət etdiklərini bildirib: "İlk olaraq ləvəngini, qutabı yeni bir məhsul kimi patentləşdirdik. Bu il təcrübə üçün pilot layihə kimi 10 dolma növünü ərazi üzrə patentləşdirilməsi üçün sənədləri təqdim etmişik. Bunun üçün alimlərdən, mütəxəssislərdən ibarət yeni komissiya yaradılıb. Bu patentin maliyyəsini Mədəniyyət və Turizm Nazirliyi ödəyir. Bu sahədə ölkədə böyük işlər gedir. Biz artıq topladığımız bəzi nümunələri modernləşdirilib restoran biznesinə gətirmişik".

 

© Report

06.12.2017 08:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ