Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycana gətirilən kitab, qəzet və jurnalların gömrük rüsumları artırılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycana gətirilən kitab, qəzet və jurnalların gömrük rüsumları artırılıb

Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən çap edilmiş kitablar, qəzetlər,  reproduksiyalar və paliqrafiya sənayesinin digər məmulatlarına tətbiq edilən idxal gömrük rüsumları dəyişəcək.


 
Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.


 
Gələn ildən çap edilmiş kitablar, broşürlər, vərəqlər və kitab şəklində bağlanılmış və ya ayrı-ayrı vərəqlər şəklində analoji çap materialları, illüstrasiyalı və ya illüstrasiyasız, içində reklam materialı olan və ya olmayan qəzetlər, jurnallar və digər dövri nəşrlərə tətbiq edilən idxal gömrük rüsumları artırılacaq. Hazırda qüvvədə olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən bu məmulatlara 3 faiz idxal gömrük rüsumları tətbiq olunur. Gələn il yanvarın 1-dən isə bu məmulatlara tətbiq edilən idxal gömrük rüsumları 5 faiz olacaq.


 
Kitab-şəkillər, rəsm üçün və ya rəngləmə üçün uşaq kitabları. cildlənmiş və ya cildlənməmiş, illüstrasiyalı və ya illüstrasiyasız çap olunmuş və ya əlyazma notlar, çap edilmiş atlaslar, divar xəritələri, topoqrafik planlar və qlobuslar da daxil olmaqla, coğrafi və hidroqrafik xəritələr və ya bütün növ analoji xəritələrə tətbiq edilən 0,50 faiz idxal gömrük rüsumu isə ləğv olunub. Gələn ildən aksizli malların aksiz markaları 5 faiz, banknotlar 0,50 faiz idxal gömrük rüsumundan azaddır. Ancaq köçürmə şəkillər (dekalkomaniya), çap olunmuş və ya şəkilli poçt açıqcaları,  şəkilli və ya şəkilsiz, konvertli və ya konvertsiz, bəzəkli və ya bəzəksiz çap olunmuş təbrik, dəvətnamə və ya bildiriş kartları, qoparılan da daxil olmaqla, bütün növ çap olunmuş təqvimlər  və çap olunmuş reproduksiyalar və fotolar da daxil olmaqla, digər çap məhsullarına tətbiq edilən 15 faiz idxal gömrük rüsumu qüvvədə saxlanılıb. 

 

© APA

06.12.2017 09:42

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ