Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“CinemaPlus” yeni “Hədiyyə kartları” təqdim edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“CinemaPlus” yeni “Hədiyyə kartları” təqdim edib

“CinemaPlus” kinoteatrlar şəbəkəsi yeni məhsulunu – “Hədiyyə kartları” təqdim edib.

 

Konoteatrdan "Marja"ya daxil olmuş məlumata görə, hədiyyə kart sahibi özü, kartın üzərində qeyd olunan məbləğdə filmi, zalı və seansın vaxtını seçə bilər. Kartların nominalları: 50, 100 və 250 manat.

 

Həmçinin fərdi kart da əldə etmək olar. Bu kart, müştərinin sifarişi əsasında hazırlana bilər. Yəni sifarişçi kartın dizaynını, yazısını və rəngini özü seçə bilər.

 

Kartdan məbləği istifadə etdikcə azalır. Həmin məbləği bir dəfəyə olduğu kimi, bir neçə dəfə kinoteatra gəlməklə də istifadə etmək olar. Bir alışı bir neçə kartın qalıq vəsaitləri ilə ödəniş etmək olmaz. Həmçinin kartda olan vəsaitlər pula dəyişdirilə bilməz.

 

Kart “CinemaPlus” kinoteatrlar şəbəkəsinin mülkiyyətidir və sıfır qalıqa çatdıqda kart sahibinin xahişi ilə kinoteatrın kassirləri tərəfindən artırıla bilər.

 

“Hədiyyə kartı” “CinemaPlus” kinoteatrlar şəbəkəsinin kassalarından əldə etmək mümkündür və itirildiyi və ya zədələndiyi zaman bərpa olunmur.

06.12.2017 09:45

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ