Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Mətanət A” vakansiyalar elan edir - Mexanik, Laborant

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Mətanət A” vakansiyalar elan edir - Mexanik, Laborant
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

1. “Mətanət A” şirkəti İstehsal avadanlıqları üzrə mexanik vakansiyanı elan edir

 

İşin təsviri:

-Müəssisədə olan mexaniki  avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə çalışmasını, saxlanılmasını təmin etmək; 

-Mexaniki avadanlıqların vaxtı-vaxtında təmirini və düzgün texniki istismarını təşkil etmək; 

-İstehsal qurğu  və avadanlıqlara mütamadi baxış, sınaq və profilaktik təmir işlərinin icrasını həyata keçirmək, istehsalatın texniki hazırlığını təmin etmək; 

-Təmir işləri üçün ehtiyat hissə bazası yaratmaq ;

-Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik etmək; 

-Həyata keçirilən təmir bərpa işlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsini, avadanlığın modernləşdirilməsi, dəzgah və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil etmək; 

-Yeni avadanlıqların, qurğuların  quraşdırılması və yeni texnikaların mənimsənilməsi; 

-Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi; 

-Avadanlıqlar, dəzgahlar və qurğular üzrə metodiki, normativ aktlar hazırlamaq 

 

Əmək haqqı:

Razılaşma yolu ilə

 

Tələblər:

-Təhsil: Ali

-Yaş həddi: 35-50

-Kompüter biliyi: Ofis proqramlarında işləmə bacarıqlı

-Dillər: Rus biliyi arzu olunandır

 

Şəxsi keyfiyyətləri:

-Fikrini izah etmək qabiliyətli;

-Ünsiyyət yaratmaq bacarıqlı;

-Fəal olması;

-İşə planlı yanaşması.

 

Qeyd

-İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

-Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;

-Bu sahələr üçün ANKET FORMASI-nı doldurub [email protected] ünvanına göndərin


 

 

2. “Mətanət A” şirkəti Laborant vakansiyasını elan edir

 

İşin təsviri:

-Laborator avadanlıqlarını tanıyıb onunla işləməyi bacarmalıdır.

-Hər gün istehsal olunan məhsulların qeydiyyatını aparmalıdır.

-İstehsal olunan məhsulları analiz etməlidir (analiz üsullarını öyrəndikdən sonra)

-Resept əsasında yeni məhsul hazırlamağı bacarmalıdır.

-Laboratoriya avadanlıqlarını təmiz saxlamalıdır.

 

Əmək haqqı:

-Razılaşma yolu ilə

 

Tələblər:

-Təhsil: Ali (bakalavr)

-İş təcrübəsi: Ən azı bu sahədə 3 il iş təcrübəsi olmalı. (Boya sahəsində işləmiş laboranta üstünlük verilir.)

-Yaş həddi: 24-35

-Kompüter biliyi: Word, Excell, Internet Explorer

-Dillər: Azərbaycan dili

 

Şəxsi keyfiyyətləri:

-Fikrini izah etmək qabliyyəti;

-İşə planlı yanaşması;

-Ünsiyyət yaratmaq bacarığı;

-Fəal olması;

 

Əlavə tələblər:

-Analitik düşünmə və analiz qabiliyyətinin olması,işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.

 

Qeyd

-İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

-Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;

-Bu sahələr üçün ANKET FORMASI-nı doldurub [email protected] ünvanına göndərin (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

06.12.2017 12:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ