Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Avro istifadə edəcək ölkələrin sayı artacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro istifadə edəcək ölkələrin sayı artacaq

Avropa Komissiyası bu gün verdiyi açıqlamada Avro Bölgəsindəki inteqrasiyanı daha da gücləndirəcək və Avro istifadə etmək istəyən ölkələrə yardım edəcək yeni tənzimləmələr üzərində çalışdıqlarını bildirib.


 
"Marja" xəbər verir ki, Avropa Komissiyasının sədr müavini Valdis Dombrovskis, "Hazırda təklifimizi hazırlayırıq. Avroya keçmək istəyən ölkələrə lazımi islahatların və  işlərin görülməsinə necə kömək edəcəyimizi qiymətləndiririk",- deyib.


 
Yeni tənzimləmələr ilə Avro istifadə edəcək üzv sayının artacağını qeyd edən Dombrovskis, "Komissiya kimi avro istifadə etmək istəyən ölkələrə kömək edəcəyik. Bolqarıstan kimi bu pula keçmək istəyən bəzi ölkələrə kömək olacaq bir tənzimləmə üzərində çalışırıq", şəklində danışıb.


 
19 ÖLKƏ AVRO İSTİFADƏ EDİR


 
Avropa Birliyinin üzvü olan ölkələr içərisində hazırda 19 ölkə avro istifadə edir. Avro Bölgəsinə - Almaniya, Avstriya, Belçika, Estoniya, Finlandiya, Fransa, Hollandiya, İrlandiya, İspaniya, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Portuqaliya, Slovakiya, Sloveniya və Yunanıstan daxildir.

06.12.2017 12:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ