Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"MIDA" ilk ilini zərərlə başa vurub

iç səhifə xəbər başlığı altı (mobil)_31
"MIDA" ilk ilini zərərlə başa vurub

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan "MIDA" MMC 2016-cı ili  477 min 616 manat zərər ilə başa vurub.

 

Reklam_3_11

"Marja" MMC-nin saytında dərc olunan audit olunmuş maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il "MIDA"nın gəliri 13 min 800 manat, xərcləri isə 974 min 488 manat təşkil edib. Nəticədə MMC-nin 960 min 688 manat əməliyyat zərəri yaranıb.498 min 294 manat maliyyə gəliri zərəri azaldaraq 462 min 394 manata düşməsinə səbəb olub. Təxirə salınmış vergi xərci daxil "MİDA"nın zərəri 477 min 616 manat təşkil edib. 

 

1 yanvar 2017-ci il tarixinə cəmiyyətin aktivləri 10 milyon 646,289 min manata, o cümlədən qısamüddətli aktivləri 9 milyon 783,016 min manata, uzunmüddətli aktivləri 863 min 273  manata bərabər olub.

 

2016-cı ilin sonuna "MIDA"nın kapitalı 10 milyon 522,384 min manat, öhdəlikləri 123,905 min manat təşkil edib.

 

2016-cı ilin aprel ayında, ölkədə çoxmənzilli yaşayış binalarının tikintisinə rəvac vermək, Respublika vətəndaşlarının güzəştlə mənzillər əldə etmələrinə şərait yaratmaq, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin etmək məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır.

 

Hazırda cəmiyyət "Yasamal" Yaşayış Kompleksini tikir. Kompleksin bir hissəsinin gələn il təhvil veriləcəyi gözlənilir. 

06.12.2017 12:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ