Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Mikayıl Cabbarov kollektivə təqdim edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
 Mikayıl Cabbarov kollektivə təqdim edildi

17:00

 

Xəbər agentliklərinin yaydığı məlumata görə, yeni vergilər naziri Mikayıl Cabbarov bu gün kollektivə təqdim olunub.


 
Yeni naziri kollektivə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim edib.


 
R. Mehdiyev M. Cabbarova yeni vəzifəsində uğurlar arzulayıb, müvafiq tapşırıqlar verib.


 
M. Cabbarov kollektiv qarşısında çıxış edib.

 

XXX 16:21 

 

Mətbuatda yayılan məlumata görə, Azərbaycan prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov yeni təyin olunmuş vergilər naziri Mikayıl Cabbarovu nazirliyin kollektivinə təqdim edib.

 

Natiq Əmirov yeni nazirin təyin olunması haqqında prezidentin sərəncamını oxuyub, ona işlərində uğurlar arzulayıb.

 

Vergi sektorunun ölkə iqtisadiyyatında əhəmiyyətli rol oynadığını qeyd edərək, bu sahənin müasir çağırışlara uyğun şəkildə inkişafı ilə bağlı prezident İlham Əliyevin qarşıya qoyduğu məqsədləri diqqətə çatdırıb, məsləhət və tövsiyələrini verib.

 

Yeni təyin olunmuş vergilər naziri Mikayıl Cabbarov çıxış edərək ölkə başçısının ona göstərdiyi yüksək etimada görə təşəkkürünü bildirib, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd edib.

 

Xatırladaq ki, prezident İlham Əliyev dünən vergilər naziri Fazil Məmmədovu vəzifəsindən azad edib və onun yerinə təhsil naziri Mikayıl Cabbarovu təyin edib.

 

Nazir Mikayıl Cabbarovun təqdimatında Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də olub.

 

© Unikal.org

06.12.2017 13:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ