"Azerfon"un yeni direktoru: Bizim internet trafikdən istifadə 58% artıb
"Keçən ilin 3-cü rübü ilə müqayisədə bu il bizim internet trafikdən istifadə 58% artıb".
"Marja" xəbər verir ki, bunu "Azerfon" şirkətinin (Nar) baş icraçı direktoru Qunnar Panke bildirib.
"Bizim abunəçilərin internetdən istifadəsi də çox vacibdir. Buna xüsusi önəm veririk. Keçən ilin 3-cü rübü ilə müqayisədə bu il bizim internet trafikdən istifadə 58% artıb. Cari ildən "Nar" şəbəkəsindən istifadə olunan data trafikinin ümumi həcmi artıq 8 terrabayta bərabərdir. Bu, çox böyük rəqəmdir. Əlbəttə, bizim üçün çox vacibdir ki, bizim internetin həcmi artdıqca, insanlar da onun keyfiyyətindən razı qalsınlar. Bizim belə bir alətimiz var ki, abunəçilərimizin məmnuniyyətini ölçür. Bu il internet istifadəçilərimizin razılıq indeksi 2 dəfə artıb. Bu isə indiyə qədər "Nar"ın əldə etdiyi ən böyük nəticədir", - deyə Q.Panke vurğulayıb.
Baş icraçı direktorun sözlərinə görə, "Nar" 2 milyon nəfərdən çox abunəçiyə xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 12 saat əvvəl
-
14 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 16 saat əvvəl
-
16 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
17 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
20 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
20 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 23 saat əvvəl
- 1 gün əvvəl