Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan nümayəndələri Borsa İstanbulda təlimlərdə iştirak edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan nümayəndələri Borsa İstanbulda təlimlərdə iştirak edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı Fond Birjasının dəstəyi və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası təşkilatçılığı ilə kapital bazarları institutlarının əməkdaşları üçün Borsa İstanbulda təlimlər təşkil edilmişdir.

 

Birjanın yaydığı məlumata görə, 03-07 dekabr 2017-cı il tarixlərində Azərbaycan kapital bazarlarnı təmsil edən ilk nümayəndə heyəti Türkiyənin, İstanbul şəhərində təşkil edilmiş təlimlərdə iştirak edir.

 

Təlimlər “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strteji Yol Xəritəsi” nə uyğun olaraq, maliyyə sektorunda çalışan mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə təşkil olunmuşdur.

 

Təlimlərdə Borsa İstanbulda törəmə maliyyə alətləri ilə ticarətin təşkili, pay bazarı və borc alətləri bazarında ticarət əməliyyatlarının aparılması, lisitinq, qiymətli metallar və daşların ticarəti, eləcədə Türkiyənin klirinq və hesablaşma evi olan TakasBankın post ticarət əməliyyatları sahəsində təcrübəsi barədə təlimçilərə ətraflı məlumat veriləcəkdir.

 

Maliyyə sektoru üzrə insan resurslarının bilik və bacarıqlarının daha da artırılması istiqamətində beynəlxalq təcrübədən yararlanmaq məqsədilə bu kimi təlimlərin mütəmadi olaraq təşkil edilməsi nəzərdə tutulmuşdur.

06.12.2017 13:58

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ