Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

26-cı SOCAR istifadəyə verilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
26-cı SOCAR istifadəyə verilib

Dekabrın 6-da “SOCAR PETROLEUM” QSC-ə məxsus sayca 26-cı yanacaqdoldurma məntəqəsi (YDM) Ucar rayonunun Müsüslü kəndi ərazisində istifadəyə verilib.

 

Reklam_3_11

QSC-dən bildirilib ki, YDM müasir şəraiti və yüksək xidmət keyfiyyəti ilə bölgənin aparıcı müəssisələrindəndir. Yanacaqdoldurma məntəqəsi öz çoxprofilli xidmətlərini yerləşdiyi coğrafi ərazinin əhalisinə təqdim edəcək. Yanacaqdoldurma məntəqəsi modern görünüşü ilə bərabər beynəlxalq standartlara cavab verən avadanlıqlarla təchiz edilib. Digər YDM-lərdə olduğu kimi nağdsız ödənişi nəzərdə tutan POS-terminallar, ən son model Yaponiya istehsalı olan “TATSUNO” yanacaqpaylayıcı kalonkalar, yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət etmək üçün avtomatik sistem, təhlükəsizlik məqsədilə fasiləsiz fəaliyyət göstərən videomüşahidə sistemi kimi innovativ yeniliklər bu məntəqədə tətbiq olunub.

 

“Premium”, “A-92” markalı benzin və dizel tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək məntəqədə beş yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla da, 8 kiçik avtonəqliyyat vasitəsi və 2 iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.

 

“Azərbaycan Respublikası regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Fərmana uyğun olaraq “SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyəti Bakı şəhərində olmaqla yanaşı ölkənin digər müxtəlif bölgələrində də, neft sektorunun davamlı inkişafı, yeni iş yerlərinin açılması və məşğulluğun artırılması üçün var gücü ilə çalışır.

 

Tədbir iştirakçıları yanacaqdoldurma məntəqəsində yaradılan şəraitlə, eyni zamanda, YDM-in strukturu, iş otaqları, eləcə də burada tətbiq olunan müasir avadanlıqlarla tanış olublar. Həmin YDM-də orta hesabla 25 nəfər ərazi üzrə qeydiyyatda olan işçilər çalışırlar.

 

Sonda “SOCAR PETROLEUM” QSC-nin baş direktoru T.Seyidov kollektivi yeni yanacaqdoldurma məntəqəsinin istifadəyə verilməsi münasibətilə təbrik edib, əməkdaşlara uğurlar arzulayıb.

06.12.2017 14:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ