Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Yeni publik hüquqi şəxs yaradıldı - FƏRMAN

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni publik hüquqi şəxs yaradıldı - FƏRMAN
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Prezidenti İlham Əliyev Səhiyyə Nazirliyinin tabeliyində Talassemiya Mərkəzinin yaradılması haqqında fərman imzalayıb.


Fərmanla Səhiyyə Nazirliyinin “Respublika Talassemiya Mərkəzi” əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Talassemiya Mərkəzi yaradılıb.


Mərkəzin saxlanılması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlər hesabına həyata keçirilir.
Mərkəzdə 3 nəfərdən ibarət Müşahidə Şurası yaradılır.


Mərkəzin Müşahidə Şurasının sədrini və digər üzvlərini Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəyə təyin və vəzifədən azad edir.


Mərkəzin fəaliyyətinə cari rəhbərliyi Müşahidə Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İcraçı direktor həyata keçirir.


Mərkəzin yenidən təşkil və ləğv edilməsi və icra orqanının yaradılması Prezidentə həvalə edilib.
Nazirlər Kabinetinə Prezidentin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.

 

Nazirlər Kabineti Mərkəz dövlət qeydiyyatına alındığı gündən Səhiyyə Nazirliyinin “Respublika Talassemiya Mərkəzi”nin balansındakı əmlakın Mərkəzin balansına verilməsini bir ay müddətində təmin edəcək.
Səhiyyə Nazirliyinə Mərkəzin nizamnaməsini Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq edilməsi tapşırılıb


Nazirlik Mərkəzin strukturunu təsdiq edəcək.

06.12.2017 14:12

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ