Mobil manşet üstü reklam_21

Rusiya Azərbaycandan göndərilən göyərtiləri geri qaytarıb?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiya Azərbaycandan göndərilən göyərtiləri geri qaytarıb?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət Gömrük Komitəsi (DGK) bu gün bəzi kütləvi informasiya vasitələrində Azərbaycandan Rusiya Federasiyasına ixrac edilən 8,1 ton göyərtinin fitosanitar sertifikatının tələblərə cavab vermədiyi üçün geri qaytarıldığına dair məlumatlarla bağlı açıqlama yayıb.

 

DGK Mətbuat Xidmətindən verilən məlumata görə, qurumun müvafiq qurumları tərəfindən dərhal aparılan araşdırma zamanı məlum olub ki, son günlərdə Rusiya Federasiyasına ixrac edilən göyərti məhsulunun geri qaytarılması faktı qeydə alınmayıb.


 
"Buna baxmayaraq Rusiya Federasiyasının müvafiq qurumları - Dağıstan Gömrük İdarəsi, Yaraq-Qazmalar gömrük keçid məntəqəsi və Rusiya Federasiyası Fitosanitar Xidmətinin rəsmiləri ilə aparılan danışıqlar zamanı da Azərbaycandan idxal edilən göyərti məhsulunun sənədlərində problem aşkar edilməsi və bu səbəblə geri qaytarılmasına dair iddialar təsdiqini tapmayıb.

 

Dövlət Gömrük Komitəsi bir daha media qurumlarını Komitənin fəaliyyətinə dair məlumatları qarşı tərəfin rəsmi mövqeyini öyrənməklə yayımlamağı tövsiyə edir", - deyə məlumatda vurğulanıb.

06.12.2017 14:35

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ