Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan meyvələrinin Hindistana ixracına dair razılaşma!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan meyvələrinin Hindistana ixracına dair razılaşma!

Azərbaycan iş adamlarından ibarət ixrac missiyasının Dubaya səfəri davam edir.

 

Reklam_3_11

İqtisadiyyat Nazirliyinin, AZPROMO-nun və Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki Ticarət nümayəndəsinin birgə təşkilatçılığı ilə missiya iştirakçıları yerli məhsullarımızın Dubayın market və bazarlarında satışı imkanları və distributorluq məsələlərinin müzakirə olunduğu ikitərəfli görüşlərdə iştirak ediblər.

 

Missiya çərçivəsində meyvə-tərəvəz istehsalı və ixracı sahəsində fəaliyyət göstərən şirkətlərimiz Yaxın Şərq ölkələrində ən iri meyvə-tərəvəz sərgisi olan “WOP Dubai”da da iştirak ediblər.

 

Sərgi çərçivəsində “Azərbaycanın meyvə-tərəvəz məhsularının ixrac potensialı” mövzusunda seminar keçirilib.

 

Seminarda xarici sahibkarlara rəqabətqabiliyyətli və ixracyönümlü məhsullarımız, “Made in Azerbaijan”  brendinin təşviqi məqsədi ilə həyata keçirilən tədbirlər barədə məlumat verilib, ixrac missiyasında iştirak edən şirkətlərin fəaliyyətlər barədə təqdimatlar keçirilib.

 

Sərgi zamanı Azərbaycan məhsulları da nümayiş olunub. Meyvə-tərəvəz məhsullarımız tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və Azərbaycan meyvələrinin Hindistana ixracına dair razılıq əldə edilib.

 

İxrac missiyası çərçivəsində keçirilən görüşlərdə də bir sıra uğurlu nəticələr əldə edilib. Görüşlər zamanı Azərbaycanın “Brightman BMC” şirkəti konservləşdirilmiş məhsulların BƏƏ ölkələrinə və Banqladeşə ixracına dair “Al-maya” və “Lulu” marketlər şəbəkələri və “Al-Ghamdi” trading şirkəti ilə ilkin razılıq əldə edib.

 

“Sunfood” şirkəti nar şirəsinin və çayın, “Səba” ət məhsullarının, “Kerkom” və “Azəri-bal” şirkətləri isə balın BƏƏ-yə ixracına dair “Al-maya”, “Lulu”, “Al-Qudva” marketlər şəbəkələri ilə danışıqlara başlayıblar.

 

“Az-Granata” şirkəti nar şirəsinin Dubaya ixracına dair “Vit” şirkəti ilə ilkin razılığa gəlib.

 

“Azprotein” şirkəti “Al-Tayeb” pərakəndə və topdansatış distributor şirkəti ilə və “Choitrams” marketlər şəbəkəsi ilə ət məhsullarının BƏƏ və digər Körfəz ölkələrinə ixracına dair razılıq əldə edib. 

 

İxrac missiyası çərçivəsində missiya iştirakçıları həmçinin, bazar və iri marketlər şəbəkələrində olublar. 

06.12.2017 15:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ