Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Ərəblər Azərbaycanın ət, balını yeyib, nar şirəsini içəcəklər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ərəblər Azərbaycanın ət, balını yeyib, nar şirəsini içəcəklər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan iş adamlarından ibarət ixrac missiyasının Dubaya səfəri davam edir. 


"Marja" xəbər verir ki, ixrac missiyası çərçivəsində keçirilən görüşlərdə də bir sıra uğurlu nəticələr əldə edilib. Görüşlər zamanı Azərbaycanın “Brightman BMC” şirkəti konservləşdirilmiş məhsulların BƏƏ ölkələrinə və Banqladeşə ixracına dair “Al-maya” və “Lulu” marketlər şəbəkələri və “Al-Ghamdi” trading şirkəti ilə ilkin razılıq əldə edib.

Reklam_3_11

 

“Sunfood” şirkəti nar şirəsinin və çayın, “Səba” ət məhsullarının, “Kerkom” və “Azəri-bal” şirkətləri isə balın BƏƏ-yə ixracına dair “Al-maya”, “Lulu”, “Al-Qudva” marketlər şəbəkələri ilə danışıqlara başlayıblar. 

 

“Az-Granata” şirkəti nar şirəsinin Dubaya ixracına dair “Vit” şirkəti ilə ilkin razılığa gəlib. 

 

“Azprotein” şirkəti “Al-Tayeb” pərakəndə və topdansatış distributor şirkəti ilə və “Choitrams” marketlər şəbəkəsi ilə ət məhsullarının BƏƏ və digər Körfəz ölkələrinə ixracına dair razılıq əldə edib. 

06.12.2017 15:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ