Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Avropa Valyuta Fondu yaradılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avropa Valyuta Fondu yaradılacaq

Avropa Birliyi (AB) Komissiyası, üzv ölkələrin iqtisadi xilasetmə proqramlarını idarə edəcək 500 milyard avroluq Avropa Valyuta Fondunun (EMF) yaradılmasını təklif edib.


 
"Marja" xəbər verir ki, AB Komissiyası, Avropada iqtisadi birliyin möhkəmləndirilməsini qarşısına məqsəd qoyan yeni tələbləri ehtiva edən təklif paketini açıqlayıb.

Reklam_3_11


 
Paketə görə, AB hüquqi çərçivəsində yaradılacaq EMF, Beynəlxalq Valyuta Fondu (BVF) kimi fəaliyyət göstərəcəkdir.
 


EMF, maliyyə problemi yaşayan Avro Zonası ölkələrinə lazımi maliyyə dəstəyi təmin etmək üçün yaradılan Avropa Sabitlik Mexanizmi (ESM) üzərində "inşa" ediləcəkdir.


Ödəmə çətinliyi və ya maliyyə böhranı yaşayan üzv ölkələrə yardım edəcək EMF, Avro Bölgəsindəki bank və kredit təşkilatlarının çətin vəziyyətlərdən xilas edilməsi və ya ləğvi üçün istifadə edilmək üçün yaradılan Yeganə Həll Fonduna (SRF) dəstək verəcək kredit instansiyası kimi çıxış edəcəkdir.


 
EMF, ölkələrin iqtisadi xilasetmə və ya maliyyə dəstək proqramlarını bilavasitə müdaxilə edərək idarə edəcək. Bu ölkələrə təmin olunacaq kreditlər üçün geri ödəmə planlarını hazırlayacaq EMF, emissiya edəcəyi müxtəlif maliyyə alətləri ilə kapital bazarlarından vəsait də cəlb edə biləcək.  
 
 
EMF-nin ilkin kredit verə bilmək gücü 500 milyard avro olacaq və lazım olarsa bu həcm artırılacaq.

06.12.2017 18:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ