Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

ABŞ-da hasilat artdı, neft 2% düşdü

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da hasilat artdı, neft 2% düşdü

ABŞ-ın kommersiya məqsədli xam neft ehtiyatları ötən həftə gözləniləndən çox azalıb.
 
 

"Marja" xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) hesabatına görə, ölkədəki  kommersiya (satış) məqsədli xam neft ehtiyatları ötən həftə 5,6 milyon barrel (1,2 faiz) azalaraq 448,1 milyon barrelə enib. Bazarlarda ehtiyatların əvvəlki həftə olduğu kimi 3,4 milyon barrel azalması gözlənilirdi.


 
EIA hesabatında, neft bazalarına daxil olmayan strateji xam neft ehtiyatlarının da keçən həftə 2,4 milyon barrel (0,4 faiz) azalaraq 662,7 milyon barrelə düşdüyü qeyd edilib.


 
Hesabat həmçinin, ABŞ-ın həftəlik benzin ehtiyatlarının 6,8 milyon barel artaraq 220,9 milyon barelə qalxdığını göstərib. Benzin ehtiyatlarına dair bazar gözləntisi 1,7 milyon barellik artacağı istiqamətində idi.

 

XAM NEFT HASİLATI ARTMAQDA DAVAM EDİR
 


Bu dövrdə, ölkənin xam neft istehsalı isə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 25 min barel artaraq, 9,70 milyon barelə yüksəlib.
 


Ölkənin xam neft ixracı isə sözügedən həftədə, bir əvvəlki həftəyə nisbətən gündəlik 54 min barel azalaraq 1,36 milyon barelə enib. Həmin dövrdə, xam neft idxalı günlük 127 min barel azalaraq 7,20 milyon barelə enib.


 
 EIA məlumatları açıqlamamışdan əvvəl 56,80 dollar ətrafında olan ABŞ xam neftin barrel qiyməti  56,23 dollara qədər geriləyib. Brent neft də dünən ilə müqayisədə 2,1 faiz azalma ilə 61,54 dollardan ticarət olunub.

06.12.2017 19:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ