Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Trump Qüdsü İsrailin paytaxtı olaraq tanıdığını açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Trump Qüdsü İsrailin paytaxtı olaraq tanıdığını açıqladı

ABŞ Prezidenti Donald Trump, Çərşənbə günü etdiyi açıqlamada, Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanıdığını deyib və ABŞ səfirliyinin bu şəhərə köçürülməsinə başlayacağını bildirib.


 
ABŞ Prezidenti, Ağ Evin Diplomatik Salonunda verdiyi açıqlamada, "Qüdsü rəsmi olaraq İsrailin paytaxtı olaraq tanımaq zamanı gəldi. Bu az və ya çox həqiqəti tanımaqdan başqa bir şey deyil. Həmçinin edilməsi doğru olan da bir şeydir" şəklində danışıb.
 

Reklam_3_11

ABŞ-ın vitse-prezidenti Mike Pence açıqlama zamanı Trumpın arxasında dayanıb və Pence bu ayın sonrakı dövrlərində regiona səfər edəcək.
 

Qüdsün İsrailin paytaxtı kimi tanınması, İudaizm, Xristianlıq və İslam üçün bəzi müqəddəs yerlərin olduğu şəhərin şərq hissəsinin Fələstinlilər tərəfindən gələcəkdəki dövlət üçün paytaxt olaraq görülməsindən dolayı provokatif bir addımdır.

 

ABŞ Prezidenti Donald Trumpın gözlənilən açıqlaması:


  
"İsrail-Fələstin sülhü üçün çalışmağa davam edəcəyik. Yaxın şərq sülhü üçün əlimdən gələni edəcəyəm. İsrail Fələstin münaqişəsinə həll tapılacaq. İsrail müstəqil və suveren bir dövlətdir. Bu şəhər baş nazir və prezidentin evinin olduğu yerdir. Qüds İsrailin paytaxtıdır. Bundan artığı da deyil, azı da deyil. Bu bu qədərdir".

 

07.12.2017 04:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ