Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Qafqaz regionunun korporativ istiqraz bazarı araşdırılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qafqaz regionunun korporativ istiqraz bazarı araşdırılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiyanın "Cbonds" informasiya agentliyi 2016-cı il üzrə Qafqaz regionunda daxili korporativ istiqraz emissiyası təşkilatçılarının renkinqini hazırlayıb.   "Cbonds"un rəsmi saytında verilən xəbərə görə, renkinqə Azərbaycan, Ermənistan və Gürcüstanın bütün korporativ istiqraz emitentlərinin yerləşdirmələri və beynəlxalq maliyyə təşkilatlarının bu ölkələrdə yerləşdirdiyi istiqrazlar daxil edilib. Həmçinin, hesabatda region ölkələrinin renkinqi də öz əksini tapıb.

 

Reklam_3_11

Hesabatda Qafqaz regionu ölkələrinin renkinqində 310 mln. dollar həcmində istiqraz yerləşdirilməsini təşkil edən 8 investisiya bankı təmsil olunub. Renkinqdə ilk sıranı Gürcüstanın "Galt and Taggart" şirkəti tutub. Bu şirkət 161 mln. dollar həcmində 7 istiqraz yerləşdirilməsi həyata keçirərək məcmu bazar payının 51,95%-nə sahib olub. İkinci yeri Azərbaycanın "PSG Capital" şirkəti tutub. O, 100 mln. dollar həcmində bir istiqraz yerləşdirilməsi həyata keçirib və bazarda payı 32,25% olub. Üçüncü yeri isə keçən il 22 mln. dollar həcmində 3 istiqraz yerləşdirilməsi həyata keçirən və bazar payı 7,12% olan Ermənistanın "Ameriabank"ının investisiya şirkıəti tutub. 

 

Qeyd edək ki, sıralamada 5-ci yeri "PASHA Bank Georgia" tutub. Bank 2016-cı ildə 6 mln. dollar həcmində 1 yerləşdirmə keçirib və bazar payı 1,89% təşkil edib.

 

Xatırladaq ki, "Cbonds" şirkəti maliyyə bazarları üzrə ixtisaslaşmış informasiya agentliyidir, fəaliyyətini Rusiya, Ukrayna və Qazaxıstanda davam etdirir. Agentliyin saytında əsasən MDB məkanına daxil olan ölkələrin istiqraz bazarında ən son məlumatlar və təhlillər əks olunur.

 

© Report

18.01.2017 07:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ