Azərbaycan pasportu 66-cı yeri tutdu
"Passport Index" araşdırma portalı sahiblərinin viza olmadan neçə ölkəyə ziyarət edə biləcəkləri əsasında pasport reytinqini dərc edib.
Azərbaycan pasportu 2017-ci ilin yanvar ayı üçün olan reytinqdə 66-cı yeri tutub.
Qeyd edək ki, pasportun nüfuzu sahibinin vizasız səfər edə biləcəyi (və ya sərhəddə viza ala biləcəyi) ölkələrin sayı ilə qiymətləndirilir.
Bu baxımdan Azərbaycan pasportu 60 ölkə üçün sadələşdirilmiş giriş təmin edir və 61 Visa-free xal qazanıb.
Qonşu ölkələrdən Ermənistan 58 xalla 69-cu, Gürcüstan 67 xalla 60-cı, Türkiyə 104 xalla 42-ci, Rusiya 103 xalla 43-cü, İran isə 36 xalla 96-cı sırada qərarlaşıb.
Reytinqdə ilk pilləni Almaniya (158 xal) tutub. İsveç və Sinqapur (157) sonrakı yerlərdə qərarlaşıb. İlk onluğa, həmçinin Danimarka, Finlandiya, Fransa, İspaniya, İsveçrə, Norveç, Böyük Britaniya və ABŞ (156 xal) da daxil olub.
Bu baxımdan ən az nüfuzlu pasport Əfqanıstanınkı seçilib: 23 ölkə və siyahıda sonuncu - 95-ci yer.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 22 saat əvvəl
-
23 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
1 gün əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
1 gün əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
1 gün əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 1 gün əvvəl
- 1 gün əvvəl