Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Yeni hallabong bağları salınır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni hallabong bağları salınır

Lənkəran rayonun əlverişli coğrafi-iqlim xüsusiyyətlərinə və əkinçilik ənənələrinə uyğun olaraq, Lənkəranda yeni hallabong bağları salınır.

 

Rayonun Sütəmurdov kəndi ərazisində 15 hektar sahədə “Gilan Aqro” MMC tərəfindən Cənubi Koreyadan gətirilərək əkilmiş hallabong növlü sitrus ağacları artıq bar verməyə başlayıb. Ötən il yeni sitrus meyvə bağlarından 1,5 ton nübar məhsul yığılıb.

 

Bu il isə rayonun Sütəmurdov kəndində 3, Siyavər kəndində 5, Şürük kəndində 20, Tükəvilə kəndində 40 hektar sahədə hallabong əkilib.

 

Ümumilikdə isə Lənkəranda 100 hektar sahədə hallabong sitrus meyvə bağlarının salınması nəzərdə tutulub.

 

Qeyd edək ki, hallabong əmtəəlik xüsusiyyətlərə malik sənaye əhəmiyyətli meyvədir. Məhsuldarlığı hər hektarda orta hesabla 35-45 ton təşkil edir. Bu, yerli sitrus meyvələri ilə müqayisədə 2-3 dəfə çoxdur.

 

© Azərtac

07.12.2017 10:21

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ