Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Üzən məzənnə”yə keçid üçün BVF-dən texniki yardım cəlb edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Üzən məzənnə”yə keçid üçün BVF-dən texniki yardım cəlb edilib

Maliyyə Sabitliyi Şurası yaxın vaxtlarda tam "üzən məzənnə"yə keçidlə bağlı tədbirlər planı üzərində işi başa çatdıracaq. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

 

«Biz tədbirlər planı hazırlayırıq və yaxın günlərdə onu müvafiq qaydada təqdim edəcəyik», - deyə o bildirib.

 

AMB sədrinin sözlərinə görə, tam “üzən məzənnə”yə keçid ciddi hazırlıq, çox sıx makroiqtisadi koordinasiya və bir sıra struktur problemlərin həllini tələb edir.

 

«Bunun üçün biz Beynəlxalq Valyuta Fondundan (BVF) texniki yardım cəlb etmişik. Biz bu plana uyğun işləyirik. Bu işlər Maliyyə Sabitliyi Şurasına daxil olan strukturlarla birgə aparılır», - deyə E.rüstəmov qeyd edib.

 

Onun sözlərinə görə, bu addımların əsas məqsədi makroiqtisadi sabitliyə nail olmaqdır. «Biz 2016-cı ilin əvvəlindən idarə olunan “üzən məzənnə” rejimində işləyirik. AMB fevral ayından bazarda valyuta satışı həyata keçirmir. Bu gün biz görürük ki, valyuta bazarında tələb və təklif arasında müəyyən fərq var, xüsusilə tələb təklifi ötür», - deyə sədr vurğulayıb.

 

® İnterfaks-Azərbaycan

12.12.2016 11:03

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ