Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Dollar zəifləməkdə davam edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollar zəifləməkdə davam edəcək

ABŞ-dakı vergi islahatının dollar üzərindəki təsirinin qeyri-müəyyən olduğu və dolların uzun perspektivdə digər güclü pul vahidləri qarşısında ucuzlaşacağı bildirilib.

 
"Marja" xəbər verir ki, "Reuters"ın maliyyə strateqlərinin iştirakı ilə keçirdiyi araşdırmaya görə, ABŞ-da vergi güzəştlərinin dollara müsbət təsir edəcəyi barədə geniş yayılmış fikrə rəğmən, bir çox strateq dolların uzun perspektivdə zəifləyəcəyini hesab edir.

Reklam_3_11

 
Bir çox strateq, dolların 12 aylıq dövrdə avro qarşısında geriləyəcəyi proqnozunu verib. ABŞ-da vergi güzəştlərinin də dollar üzərindəki təsirinin qeyri-müəyyən olduğu qeyd edilib.
 
 
BBVA strateqi Roberto Cobo Garcia, "Maliyyə islahatlarının qəbul edilməsinin təsiri düşünüldükdə, təhlillər ən yaxşı halda bunun yaxın perspektivdə çox məhdud bir müsbət təsiri olacağını göstərir" deyib.


 
ING Maliyyə Bazarları da, 12 aylıq dövrdə avro/dollar məzənnəsinin 1,30 dollara qalxacağını bildirib.


 
Dollar, bu il 6 böyük pul vahidi qarşısında əhəmiyyətli nisbətdə ucuzlaşıb və son 14 ilin ən pis təqvim ilini keçirib.


 
ABŞ-da keçən həftə Senatda təsdiqlənən vergi islahatı, şirkətlər üçün verginin  35%-dən  20%-ə endirilməsini nəzərdə tutur. Ancaq islahatın on illik müddətdə büdcə kəsirini 1 trilyon dolların üzərinə çıxaracağı da qeyd edilir.

 

BoFA: DOLLAR GÜCLƏNƏ BİLƏR

 

Amerikanın maliyyə konqlomeratı, özəl və hüquqi şəxslərə geniş çeşiddə maliyyə xidmətləri göstərən ən iri bank holdinqi şirkəti "Bank of America Corp"a (BoFA) görə isə, bu il 8 faiz dəyər itirən Dollar, ABŞ-da vergi islahatı ilə güclənə bilər.

 
BofA-dan David Woo, Nyu-Yorkda Çərşənbə axşamı günü keçirilən mətbuat konfransında zəif Dolların, böyük bir ehtimalla "ABŞ şirkətlərinin xaricdəki vəsaitlərinin ölkəyə geri gətirməyə başlamaları ilə" ilin ilk rübündə yüksələcəyini bildirib. 


 
Qeyd edək ki, vergi islahatı ilə xaricdə fəaliyyət göstərən və ya gəlirlərini xaricdə saxlayan ABŞ şirkətlərindən bir dəfə vergi alınacaq. Həmçinin ABŞ şirkətləri üçün vergi nisbəti 35%-dən 20%-ə endirilir.

 

Woo-ya görə, Prezident Donald Trumpın, şirkətlərin xaricdə olduğunu dediyi 4 trilyon dollara bərabər olan vəsaitlərinin təxminən 70%- ABŞ Dollarındadır. Qalan 30%-i (təxminən 1.2 trilyon dollar) digər xarici valyutalardadır. Şirkətlərin, vergi islahatının təsiri ilə üç ay ərzində bu məbləğin üçdə birini belə dollara çevirməsi, ABŞ pulu üçün əhəmiyyətli bir bahalaşma deməkdir.

 
Woo, vergi islahatının tətbiqinə başlanmasından dərhal sonra sözügedən hərəkatın başlayacağını bildirərək "Pul, sürətlə evinə qayıdacaq və bu dollar üçün çox yaxşı olacaq",- deyib

07.12.2017 11:28

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ