Azərbaycanda vergi yükü 40%-ə çatır

Dünya Bank (DB) və "PricewaterhouseCoopers" (PwC) beynəlxalq audit şirkəti tərəfindən hazırlanan "Paying Taxes 2018" adlı icmalda Azərbaycan 35-ci yeri tutub.

 

 Azərbaycanın indeksi 83,79-a bərabərdir.

 

İcmala əsasən, qiymətləndirmə 190 ölkənin iqtisadiyyatını əhatə edib.

 

Azərbaycanda vergi yükü 39,8% təşkil edərək ötən illə müqayisədə dəyişməyib.

 

"Bu göstərici Mərkəzi Asiya və Şərqi Avropa üzrə orta göstərici olan 33,4%-dən yüksəkdir, lakin dünya üzrə orta göstərici olan 40,5%-dən azdır. Vergi yükünün böyük bir hissəsini (67%) əlavə dəyə vergisi və sosial ödənişlər təşkil edir", - deyə icmalda qeyd edilib.

 

© APA

7 Dekabr 2017, 16:23   
Melissa Park
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin